Azərbaycan əhalisinin sayı 9 milyon 22 min nəfərdir
2010-cu il aprel ayının 1-i vəziyyətinə əhalinin sayı 9 milyon 22 min nəfər təşkil edib. Bu isə ölkə əhalisinin sayının birinci rüb ərzində 0,3 faiz artması deməkdir.
Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Hər 1000 nəfər kişiyə 1039 nəfər qadın düşür. Onun sözlərinə görə, əhalinin orta yaşı 32, doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.
Arif Vəliyev bildirib ki, birinci rübdə Azərbaycanda yeni doğulan uşaqların 53,5 faizi oğlanlar, 46,5 faizi isə qızlardır. Körpələrin 346-sı əkiz, 12-si üçəmdir.
Elxan SALAHOV

507