“Avropa Plyus Bakı” radiosu məhkəməyə verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) “Avropa Plyus Bakı” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib.
APA-nın xəbərinə görə, istehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Avropa Plus Bakı” radiostansiyasından lisenziyanın geri alınmasını tələb edib. Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 2-də hakim Tahirə Əsədovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, iddiada yerli tezliklərdə yayımlanan radiolarda bütün verilişlərin Azərbaycan dilində yayımlanmasına dair qərar əsas götürülüb. Məhz bu qərara görə, “Azadlıq”, “BBC” və “Amerikanın səsi” radiolarının yerli tezliklərdə yayımı dayandırılıb. “Avropa Plyus Bakı” radiosundan isə lisenziyanın geri alınması ilə bağlı məhkəməyə müraciət olunub.
Xatırladaq ki, “Avropa Plyus Bakı” radiosu ilk dəfə 2 iyun 1999-cu il tarixdən Bakı şəhərində yayımlanmağa başlayıb. Radio 107.7 FM dalğasında yayımlanıb. Yayımın 10 faizini ölkədə istehsal olunan proqramlar, 90 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Radionun yayımında dövlət dili (10%), əcnəbi dil (90%) təşkil edib.

774