Hadı Rəcəbli: “Lazımdırmı ölkədə 2 ailədən biri 12 uşağa sahib olsun?”
13 aprel 2010 13:30 (UTC +04:00)

Hadı Rəcəbli: “Lazımdırmı ölkədə 2 ailədən biri 12 uşağa sahib olsun?”

“Bu gün Azərbaycanda ailələrin 12 faizi reproduktiv sağlamlığa malik deyil, dünyaya uşaq gətirə bilmirlər”

“Ailə Məcəlləsinin monitorinqi zamanı indiyədək bu Məcəlləyə 101 dəyişikliyin edildiyini müəyyənləşdirmişik”.
Bunu Lenti.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib. Hadı Rəcəbli Ailə Məcəlləsinə dəyişikliklərin hamısını birdəfəlik edilmədiyini də söyləyib və bunun səbəbini açıqlayıb: “Qızların nikah yaşı, nikaha girənlərin əmlak müqaviləsi ilə bağlı polemikalar davam edir, ortaq rəy hələ əldə olunmayıb. Çalışırıq ki, cəmiyyətdə bu müzakirələri daha açıq aparaq. Çünki qanun mütləq sosial sifarişə cavab verməlidir. Belə olmasa, o qanunun işlək mexanizmi yaranmayacaq. Amma bununla belə, hər il Ailə Məcəlləsinə bir neçə dəyişikliklər edilir”.



Komitə sədri bildirib ki, Əmək Məcəlləsinin monitorinqini də vaxtaşırı aparırlar: “Biz ayrı-ayrı qanunlarda gənc ailənin sosial müdafiəsi ilə bağlı müddəaları müzakirə edərək bu haqda xüsusi qanun qəbul etməyi planlaşdırırıq. Aldığımız təkliflər içərisində çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında qanunun qəbulu ilə bağlı fikirlər də var. Bu da müzakirə ediləsi bir məsələdir. Ən ciddi məsələlərdən biri də əhalinin say artımı ilə bağlıdır. Başlı-başına buraxsaq, bu məsələ əslində Çində olduğu kimi çox böyük ekoloji fəlakətə gətirib çıxara bilər. Dünya təcrübəsi sübut edir ki, əhalinin təbii artımı da tənzimlənməlidir. Bu gün aldığımız təkliflər içərisində belə bir fikir də var ki, çoxuşaqlı ailələrin artması üçün müəyyən güzəştlər edək, belə ailələri bu yolla həvəsləndirək. Bu gün lazımdırmı, Azərbaycanda hər iki ailədən biri 12 uşağa sahib olsun? Ondansa başqa bir məsələyə nəzər salaq. Bu gün Azərbaycanda ailələrin 12 faizi reproduktiv sağlamlığa malik deyil, dünyaya uşaq gətirə bilmirlər. Gəlin, bu məsələnin üzərində düşünək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar