Daha 10 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Yoxlama zamanı 375 kiloqrama yaxın saxta mallar məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Yoxlamalar Bakı və Gəncə şəhərlərini, Xaçmaz və Şəki rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 10 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakı şəhərinin Xətai rayonu:
- M.Hadi küçəsi, 2344-cü məhəllədə yerləşən “Cənub market”də;
- M.Hadi küçəsi, 51, 2371-ci məhəllədə yerləşən “Röya market”də;
- M.Hadi küçəsi, 51 ünvanında Müşfiq Həmzəyevə məxsus mağazada;
- Gəncə prospekti, 13 ünvanında Validə Əliyevaya məxsus mağazada;
- General Səmədbəy Mehmandarov küçəsi, 2942 D məhəlləsində Elduzə Heydərovaya məxsus mağazada;
- Sarayev küçəsi, ev 18, mənzil 19 ünvanında yerləşən “Röya market”də;
- Babək prospekti, ev 64 ünvanında yerləşən “Məhəllə market”də;
Gəncə şəhəri:
- N.Nərimanov prospekti, 326 ünvanında yerləşən “Ceyhun market”də;
Xaçmaz şəhəri:
- 20 yanvar küçəsində yerləşən “Orxan market”də;
Şəki şəhəri:
- S.Rəhimov küçəsində yerləşən “Nuxa” ərzaq mağazasında;
Monitorinq zamanı ümumi çəkisi 375 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

577