Təhsil nazirindən şok etiraf
12 aprel 2010 14:15 (UTC +04:00)

Təhsil nazirindən şok etiraf

“Hazırda Azərbaycanda 7 mindən çox təlim-təhsil və tərbiyə müəssisəsi var və açığını deyim ki, bu müəssisələrin hər birinin hüquq-mühafizə orqanlarının birbaşa gücü ilə mühafizəsini təşkil olunması reallıqdan uzaq olan məsələdir”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, təhsil müəssisələrində bu cür xidmətləri həyata keçirmək üçün böyük miqdarda vəsait lazımdır: “Ona görə də biz təhsil müəssisələrini o səviyyədə qorumaq iqtidarında deyilik. Ancaq bu, o demək deyil ki, təhsil müəssisələri qorunmur. Bu müəssisələrin mühafizəsi müxtəlif variantlarda təşkil olunur”.

Nazir qeyd edib ki, ali məktəblərin özlərinin gəlirləri hesablına təhsil müəssisəsində xüsusi mühafizə xidməti təşkil etmək imkanı var. Hazırda ali məktəblərin əksəriyyətində mühafizə xidmətləri var və onlar normal fəaliyyət göstərir.

“Ümumiyyətlə, bir işin qəsdində duranlardan qorunmaq çox çətindir. Düşünürəm ki, mühafizəsini biz hamımız bir yerdə təşkil etməliyik. Yəni hər kəsin necə deyərlər, gözü dörd olmalıdır və başımıza gələn hadisələrdən nəticə çıxarmalıyıq. Baxmayaraq ki, Azərbaycan bu baxımdan ən çox qorunan və mühafizə olunan ölkələr sırasındadır. Sevinmək lazımdır ki, ölkəmizdə belə hallar az olur. Mən arzu edirəm ki, heç olmasın” – deyə, Misir Mərdanov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar