“Ümid yeri”ndə böyüyən iki kimsəsiz gənc evləndi
12 aprel 2010 13:00 (UTC +04:00)

“Ümid yeri”ndə böyüyən iki kimsəsiz gənc evləndi

Toy mərasimində ölkənin tanınmış isimləri də iştirak edib

“Movida Plaza” restoranında iki kimsəsiz gəncin – Fəyyaz və Leylanın toy mərasimi keçirilib. “Ümid yeri” Uşaqların Sığınacaq və Reabilitasiya Mərkəzində böyüyən gənclərin toy mərasiminə təxminən 300 nəfərdən artıq qonağın qatılıb. Mərasimdə ölkənin tanınmış elm adamları, ziyalılar, bir neçə millət vəkili, habelə xeyriyyə təşkilatlarının nümayəndələri də iştirak edhib.

Lent.az-ın məlumatına görə, tanınmış məclis aparıcılarından sayılan Süleyman Qaradağlının idarə etdiyi toy mərasimində iştirakçılar arasında təhsil naziri Misir Mərdanov da olub. Hətta Misir Mərdanov toyda çıxış edib və o, yeni ailə quran gənclərə xoşbəxtlik arzulayıb.

Toy mərasimində bəy və gəlinə çoxlu sayda qızıl-zinət əşyaları, məişət avadanlıqları, xalçalar hədiyyə olunub. Xeyriyyə mərasimi olaraq, toyda respublikanın xalq artistləri Nisə Qasımova, Məleykə Əsədova, əməkdar artistlər Almas Orucova, Elza Seyidcahan, Nadir Abdullayev, Yaqut Babayeva Aşıq Əhliman Şirvanlı və digər incəsənət nümayəndələri təmənnasız iştirak ediblər.

Xatırladaq ki, toy mərasimi “Ümid yeri” Uşaqların Sığınacaq və Reabilitasiya Mərkəzinin rəhbəri Nigar Mənsimli və ANS televiziyasında yayımlanan “Günəbaxan” verilişinin yaradıcı qrupunun təşəbbüsü ilə baş tutub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar