Havanın temperaturu 39 dərəcəyə yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Gündüz 32-35, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Avqustun 31-də hava günəşli keçəcək. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Gecə 21-24, gündüz 34-38, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.
Sentyabrın 1-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Gecə 22-25, gündüz 32-36 dərəcə isti olacaq.
Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Gecə 21-24, gündüz 30-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 31-də hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Sentyabrın 1-2-də hava, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 22-26 dərəcə isti olacaq.
Avqustun 31-də Abşeron yarımadasında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində isə meteoroloji amillərin zəif və mülayim tərəddüdləri, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

539