“AİDS-in yaş həddi düşüb”
İyun ayında Vyanada AİDS-lə bağlı beynəlxalq konfrans keçiriləcək.
Qadın və Ailə Planlaşdırılması Federasiyası Astra katibliyinin təşkilatçılığı ilə Varşavada konfransa hazırlıq simpoziumu baş tutub. Simpoziumda Azərbaycanı “Qadın və Müasir dünya” Mərkəzi təmsil edib. Mərkəzin direktoru Südabə Şirəliyevanın Lent.az-a bildirdiyinə görə, HİV-AİDS bütün dünyanı narahat edən problemlərdəndir: “Bir çox ölkənin təmsil olunduğu simpoziumda məhz bu problem müzakirə edildi. Qeyd olundu ki, AİDS-in yaş həddi düşüb. Xüsusən də postsovet məkanında bu göstərici yüksəkdir. Ölkədən kənarda qazanc əldə etmək məqsədilə ailəsini qoyub gedən kişilərin bu xəstəliyə yoluxma ehtimalı böyükdür. Bu xəstəliyə tutulan valideynlərdən dünyaya gələn uşaqların gələcəyi ciddi narahatlıq doğurur. Digər problem də daha çox rayonda yaşayan qadınların bu barədə məlumatsız olmasıdır. Bununla bağlı təşkilatımız tərəfindən rayonlarda əhatəli informasiya bazasının yaradılması və maarifləndirmə təlimlərinin keçirilməsi nəzərdə tutulur”.
Südabə Şirəliyeva onu da qeyd edib ki, simpozium iştirakçıları olan qadınlar həmrəylik nümayiş etdirərək AİDS-lə bağlı müraciət qəbul ediblər. Müraciət yeniyetmələrə və gənc qızlara ünvanlanıb.
Xəyalə

481