Baş Prokurorluqda yeni təyinatlar
09 aprel 2010 12:00 (UTC +04:00)

Baş Prokurorluqda yeni təyinatlar

Baş Prokurorluqda yeni təyinatlar olub.


Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Baş Prokurorluq üzrə müvafiq əmrlərlə Baş Prokurorluğun strukturunda yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin rəis əvəzi Natiq Hüseynov həmin idarənin rəisi, Baş prokurorun köməkçisi Hafiz Babayev Goranboy rayon prokuroru, Goranboy rayon prokurorunun müavini Rafayıl Zeynalov Füzuli rayon prokuroru və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Fuad Məmmədov isə Göyçay rayon prokuroru vəzifələrinə təyin ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351

Oxşar yazılar