Daha 24 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
2 şəhər və 3 rayonda 580 kiloqrama yaxın saxta mallar məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Yoxlamalar Bakı və Gəncə şəhərlərini, Quba, Qazax və Ağstafa rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 24 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakının Binəqədi rayonunda:
- 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Panda market”;
- M.Cəlal küçəsi, 37 ünvanında yerləşən “Bizim market”;
- M.Cəlal küçəsində Ağaqulu Hacıyevə məxsus mağaza;
- M.Cəlal küçəsi, 127 ünvanında Ənvər Məmmədova məxsus mağaza;
- M.Cəlal küçəsində yerləşən “Dəniz market”;
- S.Məmmədova küçəsi, 6, 3248-ci məhəllədə yerləşən “Compass market”;
- Azadlıq prospekti, ev 196A ünvanında yerləşən “NNN market”;
- Cavadxan küçəsi, 16 ünvanında Vaqif Adıgözəlova məxsus mağaza;
- 7-ci mikrorayonda yerləşən “Sizin market”;
- C.Xəndan küçəsi, ev 28 ünvanında yerləşən “Yeni market”;
- 8-ci mikrorayon, ev 15A ünvanında Müseyib Hüseynova məxsus mağaza;
- Ə.İsgəndərov küçəsi, ev 2A ünvanında Seymur İsmayılova məxsus mağaza;
Nəsimi rayonunda:
- M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən “Al-Vadi market”;
- 20 yanvar küçəsi, ev 2313 ünvanında yerləşən “Halal market”;
- 20 yanvar küçəsi, ev 36, mənzil 1 ünvanında Məhəmməd Ələkbərova məxsus mağaza;
- 20 yanvar küçəsi, ev 35, mənzil 18 ünvanında yerləşən “Halal martket”;
- H.Seyidzadə küçəsi, ev 26A ünvanında yerləşən “Yusif market”;
- 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 10, mənzil 91 ünvanında Qurban Balayevə məxsus mağaza;
Quba şəhərində:
- H.Əliyev prospektində Məstan Abdullayevə məxsus mağaza;
Qazax şəhərində:
- Vidadi küçəsində yerləşən “Yeddi gözəl” ərzaq malları mağazası;
Gəncə şəhərində:
- Nizami küçəsi, 64 ünvanında yerləşən “Şəhriyar market”;
Ağstafa şəhərində:
- Mərkəzi Bazar daxilində yerləşən “Kür” ərzaq mağazası;
- Mərkəzi Bazar daxilində Afayət Murquzovaya məxsus ərzaq malları mağazası;
- Qarabağ məhəlləsində yerləşən “Final market”.
Monitorinq zamanı ümumi çəkisi 580 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

618