Magistraturaya sənəd qəbulu aparanlar təlimatlandırılıb
08 aprel 2010 18:15 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu aparanlar təlimatlandırılıb

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı xüsusi seminar məşğələ keçirilib. Sənəd Qəbulu Komissiyalarının (SQK) nümayəndələri üçün keçirilən tədbirdə SQK-nin nümayəndələrinə sənəd qəbulu prosesinin səmərəli təşkili ilə bağlı tövsiyələr verilib.

Komissiyanın mətbuat xədmətindən Lent.az-a bildiriblər ki, tədbirdə TQDK-nın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, Ali təhsil və dövlət qulluğu üzrə yoxlama-ölçmə materiallarının işlənməsi sektorunun müdiri Natiq Əliyev “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə iştirakçılara geniş məlumat verib. Tədbirdə SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olublar.

Daha sonra Arzu Bağırov SQK təmsilçilərini maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, ali məktəblərin magistraturalarına ərizə qəbulu aprelin 12-dən 19-dək internet vasitəsilə aparılacaq. Ərizə qəbulu ilə bağlı daha geniş məlumat “Magistr” xüsusi buraxılışının 2-ci sayı dərc edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar