Ali məktəblərə qəbul planını hələ müəyyənləşməyib
TQDK sədri Nazirlər Kabinetinin qərarını gözləyir
2010/2011-ci tədris ili üçün ali məktəblərin bakalavr və magistr pillələrinə qəbul planı hələ müəyyənləşməyib.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, prezidentin müvafiq fərmanına əsasən, martın 15-dək Nazirlər Kabineti ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinə dövlət sifarişini elan etməli idi
“Lakin bu günə qədər də plan yerləri barədə məlumat TQDK-ya daxil olmayıb. Bunun səbəbini mən bilmirəm. Bu ixtisaslar üzərində həm Təhsil Nazirliyi, həm İqtisadi İnkişaf Nazirliyi, həm də Nazirlər Kabineti iş aparırdı. Lakin nədənsə, prezidentin fərmanına hələ də əməl olunmayıb. Ona görə də nə bakalavr, nə də magistratura pilləsinə nə qədər yer ayrılacağı bəlli deyil” – deyə, Məleykə Abbaszadə bildirib.
Elxan SALAHOV

438