Su, qaz və işıqla bağlı 20-100 manat arası yeni cərimələr gəlir
05 aprel 2010 18:30 (UTC +04:00)

Su, qaz və işıqla bağlı 20-100 manat arası yeni cərimələr gəlir

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin iclası keçirilib. Lent.az-ın parlamentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclası açan Milli Məclis sədrinin müavini, Komitənin sədri Valeh Ələsgərov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə iki yeni maddənin əlavə olunması təklif edilir. Əlavə ediləcək maddələrə əsasən su təchizatı, qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsinə görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 50 manat, hüquqi şəxslər isə 100 manat miqdarında cərimə ediləcəklər.

İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, saziş prezident sərəncamına uyğun olaraq ötən il dekabrın 22-də bağlanıb.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri sənədin Azərbaycanın maraqları və yataqdakı risklər nəzərə alınmaqla hazırlandığını vurğulayaraq hər iki qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar