Gənclərin Meksikadakı konfransı yekunlaşdı
“Gənclər ili” çərçivəsində Meksikanın Leon şəhərində keçirilən Dünya Gənclər Konfransı sona çatıb. BMT-nin Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNİCEF), Qadınların İnkişafı Fondu (UNİFEM) və İnkişaf Proqramının (UNDP) dəstəyi ilə keçirilən konfransda Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi altında nazirliyin əməkdaşları və gənclər təşkilatlarının təmsilçilərindən ibarət 6 nəfərlik nümayəndə heyəti iştirak edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Meksika Hökuməti tərəfindən keçirilən konfransın əsas məqsədi hökumət və gənclərin qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə müzakirəsi ilə beynəlxalq səviyyədə müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinə (MDG) nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyən etmək, ölkələr və gənclər sahəsinin əsas iştirakçıları arasında əlaqələri gücləndirilməkdir.
Dünya Gənclər Forumuna bütövlükdə təxminən 110 ölkədən 3500 nəfərə qədər insan qatılıb. Tədbir yoxsulluq, işsizlik, təhsil, texnologiya və innovasiya, sağlamlıq, gender bərabərliyi, davamlı inkişaf, beynəlxalq miqrasiya, qlobal əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılıb. Plenar iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində əldə edilmiş əsas nəticələr haqqında çıxış edib.
Elxan SALAHOV

868