6 nəfərin hər biri 600 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Xəzər sahili ərazilərdə ekoloji pozuntulara qarşı reydlərini davam etdirir. Budəfəki yoxlamalarda
yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyəti öyrənilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlamalar bir neçə rayonun ərazisində aparılıb. Xəzər rayonunun Pirallahı qəsəbəsində keçirilən reydlər zamanı bir neçə ciddi qanun pozuntuları qeydə alınıb və qanunu pozanlar cəzalandırılıb. Belə ki, yerin təkindən qanunsuz istifadə etdiklərinə görə Pirallahıda 2, Mərdəkan çimərliyi ərazisində 1, Abşeron rayonu Fatmai-Goradil bağları ərazisində 1, Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 nəfər fiziki şəxs qismində 600 manat məbləğində cərimələnib.
Elxan SALAHOV

767