Bir müəssisədə un istehsalı dayandırılıb
Badamdar qəsəbəsindəki çörək sexində aparılan yoxlama çörək istehsalında istifadə olunan unun normativ tələblərə cavab vermədiyi məlum olub
Bakı şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində ciddi pozuntular aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257 ünvanında sahibkar İmtiyaz Babayevə məxsus çörək sexində apardığı yoxlama zamanı çörək istehsalında istifadə olunan undan götürülmüş nümunənin laborator müayinəsi nəticəsində əla növ unun rənginin və tərkibindəki mineral qarışıqların normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, istehsalçı “Orxan LM” MMC-də yoxlama zamanı istehsal olunan unlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Nəticədə “Orxan LM” MMC-də istehsal olunan “Odlar yurdu” əmtəə nişanlı 1-ci növ və “Orxan” əmtəə nişanlı 2-ci növ unun tərkibində küllülüyün normadan artıq, müvafiq növ un üçün ələkdən keçməli olan unun miqdarının normadan az, rənginin normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Bundan başqa, unların etiketinin üzərində istehsal tarixi və saxlama müddətinin göstərilmədiyi, məhsulların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, sexdə olan laboratoriyanın akkreditasiya olunmadığı aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar məhsul istehsalının və anbarda olan 83 ton unun satışının dayandırılması barədə “Orxan LM” MMC-yə göstəriş verilib və haqsız rəqabət hallarına yol verildiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Elxan SALAHOV

536