“Məktəbdə direktor işləməyin öz qaydası var”
Misir Mərdanov: “Məktəb direktoru olmaq üçün ilk növbədə müəyyən müddət məktəbdə işləmək, idarəçilikdə bilavasitə iştirak etmək lazımdır”.
“Bəzi adamlar deyirlər ki, məni məktəb direktoru təyin edin. Çox qəribədir ki, adam özü-özünü vəzifəyə təyin etmək istəyir. Məktəb direktoru olmaq üçün ilk növbədə orta məktəbdə müəyyən müddət işləmək, məktəbin problemlərinin bilmək, idarə edilməsində bilavasitə iştirak etmək lazımdır”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərin işdən azad edilmiş direktorların yerinə təyinatın olub-olmaması barədə sualına münasibət bildirərkən belə deyib. O, qeyd edib ki, hazırda Azərbaycanda orta məktəblərə direktor təyinatı üçün xüsusi qaydalar var və təyinat bu qaydalara əsasən aparılmalıdır. Onun sözlərinə görə, məktəbdə direktor işləmək istəyən hər kəs ən azı müəyyən müddət ərzində məktəb direktorunun müavini kimi fəaliyyət göstərməlidir. Belə olan halda həmin şəxslərdən nazirlikdə imtahan götürülür və imtahandan uğur qazanan namizədin məktəb direktoru vəzifəsinə təyin olunmasına razılıq verilir.
Misir Mərdanov bildirib ki, yol verdikləri nöqsanlara görə işdən çıxarılan 10 məktəbin direktorunun bir neçəsinin yerinə artıq təyinat olub. Onun sözlərinə görə, hazırda boş qalan yerlərə namizədliyini özü irəli sürən şəxslər çoxdur və yaxın vaxtlarda onlar arasında seçim aparılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26