Misir Mərdanov: “3 tələbə akademiyadan qovulub”
Təhsil naziri Misir Mərdanov Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) və Bakı Dövlət Universitetinin (BDU) bir neçə tələbəsinin oğurlanması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Lent.az-ın məlumatına görə, Mərdanov bu məsələ ilə əlaqədar martın 15-də şəxsən araşdırmalar aparıb.
Nazir hər iki təhsil müəssisəsinin rektorları ilə danışdığını bildirib: “Akademiyanın rektoru həqiqətən də 5 tələbənin 10 gündən çoxdur, dərsə gəlmədiyini söylədi. Bununla əlaqədar, rektor daxili nizam-intizam qaydalarına əsasən, həmin tələbələrdən 3-ün akademiyadan azad olunması ilə bağlı əmr verib. Digər 2 tələbə ilə bağlı akademiya araşdırma aparır. Onların hansı səbəbdən dərslərdə iştirak etmədiyi hələlik məlum deyil”.
Mərdanov onu da bildirib ki, qovulan tələbələrdən birinin qardaşı ADNA-nın rektorluğuna müraciət edib. O, qardaşının yoxa çıxdığını və harada olmasından xəbər tuta bilmədiyini deyib. Rektorluq isə həmin vətəndaşa qardaşının bir müddətdir ki, dərslərdə iştirak etmədiyi üçün akademiyadan xaric olunduğunu söyləyib. Buna görə də ADNA rəhbərliyi onun harada olması, hansı işlə məşğul olması və hansı ölkəyə getməsinə dair məsuliyyət daşımır.
Nazir bildirib ki, BDU-da da bir neçə tələbənin xeyli müddətdir dərsə gəlmədiyi məlum olub. Hazırda həmin tələbələrin hansı səbəblərdən dərslərdə iştirak etmədiyi araşdırılır və onlarla bağlı inzibati tədbirlər görülür.
Elxan Salahov

Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20