Bir neçə jurnalist və media qurumuna yardım edildi
“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” zərərçəkənlərə 3700 dollar həcmində maliyyə yardımı ayırıb
“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu”nun jurnalistə və mətbuat vasitələrinin bir neçəsinə maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib. Bu qərar qurumun İdarə Heyəti ötən həftə keçirdiyi iclasında çıxarılıb. İclasda mart ayı ərzində daxil olan 8 müraciətə baxılıb, 1 müraciət hüquqi araşdırma tələb edildiyi üçün saxlanılıb.
Fonddan Lent.az-a bildiriblər ki, müzakirə olunan müraciətlərdən 7-si təmin edilərək. Həmin müraciətlər əsasında media strukturlarına bütövlükdə 3700 dollar həcmində maliyyə yardımının ayrılması barədə qərar qəbul olunub. Qərara əsasən, fondun əsasnaməsinin “məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Yeni Müsavat” qəzetinin redaksiyasına 500, “Poliqon” İnformasiya Agentliyinin əməkdaşı Elmin Bədəlova 300, “peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi” bəndinə görə “Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızına (redaksiyanın müraciətinə əsasən) 400, “SalamNews” İnformasiya Agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbərə 300, “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 500, “Nota” qəzetinin baş redaktoru Sərdar Əliyevə 300 dollar məbləğində maliyyə yardımı yardım edilib.
Xatırladaq ki, “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qərarına əsasən “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin müalicəsini xarici ölkədə davam etdirməsi məqsədi ilə 1400 dollar məbləğində maliyyə yardımı edilməsi barədə müraciəti də təmin edilib.
Elxan SALAHOV

486