Müəssisələrin əmək şəraiti yoxlanılacaq
Nəbi Şükürlü: “Bizim məqsədimiz əmək qanunvericiliyini pozan müəssisələri cərimələmək yox, maarifləndirmə işini gücləndirməkdir”
Dövlət Əmək Müfəttişliyi aprelin əvvəllərində istehsal müəssisələrində, idarə və təşkilatlarda davamlı reydlər keçiriləcək. Reyd zamanı müəssisələrdə işçilərin təhlükəsizliyinin qorunması və əmək şəraitinin vəziyyəti yoxlanılacaq.
Lent.az-ın məlumatına görə, müfəttişliyin rəisi Nəbi Şükürlü jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, bu yoxlamaların əsas məqsədi əmək qanunvericiliyini pozan müəssisələri cərimələmək yox, bu sahədə maarifləndirmə işini gücləndirmək, dövlətin belə hallara qarşı mövqeyini ortaya qoymaqdır: “Bizim əsas işimiz maarifləndirmə işləri aparmaqdır. Çünki bəzi hallarda işçilər də öz hüquqlarını bilmir. Əmək müqaviləsində işçinin sosial hüquqları bəzi hallarda kağız üzərində olur. Ona görə də hesab edirik ki, istehsalat qəzalarının qarşısının alınmasında və əmək qanunvericiliyi tələblərinin pozulmasının aradan qaldırılmasında maarifləndirmənin rolu böyükdür”.
Nəbi Şükürlü deyib ki, gələn aydan keçiriləcək reydlərdə əsas diqqət məhz maarifçilik meyllərinin gücləndirilməsinə xidmət edəcək. Həmçinin istehsalatın müxtəlif sahələrində əməyin təftişi aparılacaq. Yoxlamaların yekununda əmək qanunvericiliyini pozan müəssisələr qarşısında sərt tələblər qoyulacaq.
Elxan SALAHOV

574