Azərbaycanda yol polisinə helikopter alınacaq
Ötən il Bakı şəhərinin ərazi polis orqanlarının müasir TETRA rabitə sisteminə keçidi tam başa çatdırılıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Hesabatda deyilir ki, 2009-cu ildə Bakı şəhərinin ərazi polis orqanları və nizami hissələr üzrə 46 stasionar, 105 mobil və 255 əl radiostansiyası istifadəyə verilib. Şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələri, kriminalistik texnika ilə təmin olunması istiqamətində işlər davam etdirilib. Balans dəyəri 40,7 milyon manat olan 37 obyektin tikintisi və yenidən qurulması tamamlanıb.
Hesabat ilində daxili işlər orqanlarına xidməti istifadə üçün 194 avtomobil, “Yamaha” markalı 20 motosiklet alınıb, həmçinin Dövlət Yol Polisinə bir ədəd helikopterin alınması üçün “Hazel Sal” şirkətinin hesabına 2 milyon 250 min manat köçürülüb. Hadisə yerindən gözlə görünməyən izlərin götürülməsi üçün ultrabənövşəyi işıqlandırıcı ilə təchiz olunmuş KSS cihazı da alınıb.

526