Sadiq Gözəlov: ““Ağ ölüm”lə mübarizə təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir”
“Azərbaycanda istər qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi, istərsə də bu növ cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi ilbəil artır”
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bütün bəşəriyyəti narahat edən ən mürəkkəb problemlərdən biridir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, eləcə də qaçaqmalçılığına qarşı mübarizə tədbirləri bu gün ölkənin hüquq-mühafizə, o cümlədən Daxili İşlər Nazirliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan polisinin bu sahədə gördüyü işlər barədə məlumat vermək və eləcə də ABŞ Dövlət Departamentinin sonuncu hesabatında ölkəmizlə bağlı toxunulan bəzi məqamlara münasibət bildirmək üçün APA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlova müraciət edib.
- Həyata keçirilən kompleks tədbirlər nəticəsində istər qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi, istərsə də bu növ cinayətləri törətmiş şəxslərin müəyyən edilməsi ilbəil artır. Təkcə respublikanın daxili işlər orqanları tərəfindən 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ildə isə 1 tondan çox müxtəlif tərkibli narkotik vasitə dövriyyədən çıxarılıb. Əgər əməliyyat-axtarış fəaliyyətinin subyektləri olan milli təhlükəsizlik orqanlarının, gömrük və sərhəd xidmətlərinin aşkarladığı analoji cinayətləri də nəzərə alsaq, daha böyük rəqəm alınmış olar. Ötən il bu növ cinayətlər törətmiş 2641 nəfər məsuliyyətə cəlb edilib ki, onların da 76 faizi, yəni 2.000 nəfərdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir.
- Açıqladığınız bu rəqəmlər ölkəmizdə narkomanlığın getdikcə yayılmasının, az qala qarşısıalınmaz bəlaya çevrilməsinin sübutu deyilmi?
- Əlbəttə ki, yox. Narkotiklərin qanunsuz dövriyyəsi latent cinayətdir, yəni belə hüquqazidd əməllər qeyri-aşkar şəraitdə törədilir. Bu növ cinayətlər, sadə desək, gizli halda baş verdiyindən onların daha çox aşkarlanması yalnız bu vacib sahədə işin məqsədyönlü təşkilindən irəli gəlir və əməliyyat-axtarış fəaliyyətinin mühüm göstəricisi, müsbət nəticəsi kimi böyük əhəmiyyət kəsb edir. Çünki, işimizin vacib bir meyarı da baş verən cinayətlərin qarşısının vaxtında alınması və açılmasıdır. Bir daha qeyd etmək istəyirəm ki, necə deyərlər, “ağ ölüm”lə mübarizə təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir.
- Sadiq müəllim, ABŞ Dövlət Departamentinin hesabatında ölkəmizdə olan narkotik vasitə istifadəçilərinin 30-35 faizinin tələbələr olduğu vurgulanır. Bununla bağlı nə deyə bilərsiniz?
- Hesabatda öz əksini tapmış bu reallıqdan kənar məlumata hörmətli nazirimiz Ramil Usubov artıq öz münasibətini bildirib. Məlumat üçün diqqətinizə çatdırım ki, bu günə rəsmi qeydiyyatda 24.000 (iyirmi dörd min) nəfərə yaxın narkotik istifadəçisi var. Onların sosial mənşəyi haqqında rəsmi statistika aparılmır. Lakin Səhiyyə Nazirliyinin araşdırmalarına əsasən qeydiyyatda olan narkomanların yalnız 0,08 faizi tələbələrdir. Ümumiyyətlə isə, onların 38 faizini işləməyənlər, 31 faizini məhkumluğu olanlar, 8 faizini kənd təsərrüfatı işçiləri, 6 faizini fəhlələr, 5 faizini nəqliyyatçılar, 4 faizini qulluqçular, 4 faizini əlillər, 3 faizini təqaüdçülər, 0,02 faizini orta məktəb şagirdləri təşkil edir. Ümumən, narkotraffikin qarşısının alınması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindəndir. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” hələ 1996-cı ildə Heydər Əliyevin imzaladığı fərman, eləcə də ümummilli proqram, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edsilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomaniyanın yayılması ilə mübarizə üzrə 2007-2012-ci iləri əhatə edən Proqram” bu məsləyə dövlətimizin xüsusi diqqətini, həm də müvafiq tədbirləri davamlı şəkildə həyata keçirmək iradəsini nümayiş etdirir. Daxili İşlər Nazirliyi dövlət səviyyəsində müəyyən edilmiş prioritetləri rəhbər tutaraq vətəndaşlarımızın həyatının, sağlamlığının, hüquq və azadlıqlarının bu ümumbəşəri bəladan qorunması üçün əlaqədar dövlət orqanları ilə sıx qarşılıqlı əlaqədə bütün lazımi tədbirləri görür.

502