Nəqliyyat sahəsində yeni layihələr həyata keçiriləcək
28 avqust 2010 12:48 (UTC +04:00)

Nəqliyyat sahəsində yeni layihələr həyata keçiriləcək

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, yeni layihələr sırasına Bakı buxtasında 26,6 km uzunluğunda (su üzərindən keçən hissəsi 13,3 km) olan körpünün inşası, uzunluğu 105 km olan Quba-Şamaxı yolunun tikintisi, uzunluğu 405 km olan Hacıqabul-Gürcüstan sərhədi avtomagistralının tikintisi və Bakı-Sumqayıt dəmir yolunun inşası daxildir.

Qeyd edək ki, Bakı buxtasında inşa olunacaq körpü şəhərin mərkəzində yolların bir qədər boşaldılmasını təmin etdiyi halda, yeni Quba-Şamaxı yolunun tikintisi nəticəsində ölkənin mərkəzi rayonlarından Rusiya sərhədi istiqamətində hərəkət edən avtomobillər yollarına 156 km qənaət etmiş olacaq.

Xatırladaq ki, sözügedən layihələr Azərbaycan hökuməti və digər mənbələr tərəfindən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar