Çörək və unun qiymətinin süni sürətdə artırılmasının qarşısı alınacaq
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinqi aparılır.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, indiyədək bütün ölkə ərazisini əhatə etməklə aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib, çörəyin və unun pərakəndə satış qiymətində artım, habelə çörəyin çəkisində azalma qeydə alınmayıb.
Bundan başqa, respublikada fəaliyyət göstərən iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur və bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti çörək və unun süni qiymət artımının qarşısının alınması istiqamətində gündəlik monitorinqlərini davam etdirəcək.

603