Əlil məhkumlara protezlər verildi
02 mart 2010 17:00 (UTC +04:00)

Əlil məhkumlara protezlər verildi

“Ayağımın üstündən qatar keçmişdi, sonra dizdən aşağı kəsdilər”

Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 və 6 saylı cəzaçəkmə müəssisələrində məhkumlara protezlər təqdim olunub. Lent.az-ın xəbərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzilə birgə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlcə 1 saylı cəzaçəkmə müəssisəsində 4 nəfərə protez verilib. 6 saylı cəzaçəkmə müəssisəsində isə 3 nəfər məhkum protezlə təmin olunub. Protezlər əsasən ayaq və əl üçün olub.

Protez təqdim olunan məhkumlar əlilliyi cəzaçəkmə müəssisəsinə düşməzdən əvvəl aldıqlarını bildiriblər. Məsələn, onlardan biri, narkotik satışı ilə bağlı tutulmuş Mahir Abdullayev ayağını 6 yaşında itirdiyini bildirib: “Həmin vaxt ayağımın üstündən qatar keçmişdi, sonra isə dizdən aşağı kəsdilər”. M.Abdullayevin ayağında protez olub, lakin o köhnəldiyindən yenisilə əvəzlənib.

Tədbirdə KİV-lə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Əmək və Əhalinin müdafiəsi Nazirliyinin, Protez Ortopedik Bərpa Mərkəzinin nümayəndələri, Penitensiar Xidmətin məsul əməkdaşları iştirak edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzilə birgə həyata keçirilən tədbirlər çərçivəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən 35 nəfər əlil məhkumun müxtəlif protezlərlə təmin olunmaları nəzərdə tutulub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar