Elçin Behbudov: “Çox şey bilirəm...” - MÜSAHİBƏ
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun 50 yaşı tamam olur. Lent.az yubiley münasibətilə hüquq müdafiəçisindən müsahibə alıb.
Dosye: Elçin Behbudov 1960-cı il fevralın 23-də Bakıda anadan olub. Ali təhsillidir. Üst-üstə 20 il hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışıb. Xüsusi xidmət orqanlarının təqaüdçüsü, ehtiyatda olan zabit və Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Əsilzadələr Məclisinin üzvüdür. Ailəlidir, iki qızı var. Müqəddəs Həcc ziyarətində olub, Hacı titulunu daşıyır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədridir.
- İşgəncələrə Qarşı Azərbaycan Komitəsini təsis etməyiniz vaxtilə özünüzün işgəncə görməyinizlə yaranıb...
- Bəli-bəli. Ataların belə bir sözü var: başına gələn, başmaqçı olar. Uşaqlıqdan arzum bu olub ki, hüquq-mühafizə orqanlarında işləyim. Allah-taala bu arzumu ürəyimdə qoymadı. Düz, 20 il milisdə və xüsusi xidmət orqanlarında çalışdım. 1995-ci ildə isə qanuna zidd olaraq, həbs olundum və işgəncələrə məruz qaldım. Azərbaycanda işgəncə faktlarını ilk dəfə mətbuata mən çıxarmışam. Hansı ki, həmin vaxt çox adam “işgəncə” sözünü deməyə belə qorxurdu. Bilirsiniz, Allah mənə ikinci dəfə də ömür versəydi, yenə hüquq müdafiəçisi olmaq, insanların pozulmuş hüquqlarını qorumaq istəyərdim.
- Sizin başınıza gətirilən ən dəhşətli işgəncə hansı olub?
- İşgəncənin aşağı, yaxud yuxarı səviyyəsi yoxdur. Bəzi insanlar bilmir, birinə bir şillə dəyir, deyir ki, mənə işgəncə verdilər. Əslində bu cür hərəkət qeyri-insani hərəkətdir. Qeyri-insani rəftarla işgəncəni bir tərəziyə qoymaq olmaz. Qadın olur, deyir “ərim məni döyüb işgəncə verir”. Əslində işgəncə dövlət orqanları tərəfindən təqsirləndirilən, şübhəli qismində saxlanılan şəxsə qarşı edilə bilər. İşgəncə odur ki, istədikləri informasiyanı, ifadəni almaqdan ötrü saatlarla insan bədəninə ağrı verən fiziki güc tətbiq edilsin. Mənəvi işgəncə də var, psixoloji işgəncə də var. Bunlar hamısı işgəncədir. Məncə, işgəncənin aşağı və yuxarı dərəcələri yoxdur.
- Hər halda daha dəhşətli işgəncələr də var...
- Əlbəttə, daha dəhşətli işgəncələr var.
- Şəxsən Sizə verilən, başınıza gətirilən ən dəhşətli işgəncə hansı olub?
- Mənə qeyri-qanuni olaraq işgəncələr veriblər. Düzdür, 50 illik yubileyimdə istəməzdim belə şeyləri danışım. O vaxt hamı bildi ki, mənim günahım yoxdur, sifarişlə həbs olunmuşam. Bəli, 1995-ci ildə Bakı Şəhər Baş Polis İdarəsində mənə insan ağlına sığmayan dəhşətli işgəncələr verilib.
- Məsələn...
- Məni başı aşağı sallayıblar...(bir az düşünür) Bilirsiniz, axı ad günümdü, bunları danışmaq istəmirəm.
- Yaxşı, özünüzlə bağlı deməyin. Bəs saxlanma təcridxanalarında və digər bu kimi yerlərdə görüşdüyünüz şəxslər arasında ən dəhşətli işgəncəni nə vaxt görmüsünüz?
- Olub... Zorlama olub. Sonra, insanı işgəncəylə döyüb öldürüblər. Bunlar mənim hesabatlarımda var. Məsələn, Mingəçevir Polis Şöbəsində belə hal olmuşdu.
- Bəs özünüz hüquq-mühafizə orqanlarında çalışarkən kiməsə işgəncə vermisinizmi?
- Əgər Elçin Behbudov kiməsə işgəncə vermiş olsaydı, məni sevməyən adamlar onu çoxdan tapıb əllərində bayraq eləmişdi. Belə adam yoxdur.
- Bir qədər də şəxsi həyatınızla bağlı danışmağınızı istəyərdim. İki övladınız var. Birinə keçən il toy da elədiniz...
- Allah bütün subaylara qismət eləsin. Ailə quran qızım Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyur. Kiçik qızım isə Moskvada ali təhsil alır. Həyat yoldaşım Elmira Behbudova da hüquq müdafiəsilə məşğuldur. O, Xəstə və Kimsəsiz Uşaqlara Yardım Fondunun prezidentidir.
- Sizin avtomobilinizdən 30 min manat pul da oğurlanmışdı. Həmin pulun qızınızın cehizi üçün nəzərdə tutulan vəsait olduğunu demişdiniz. Cehiz alarkən istədiklərinizi ala bildinizmi? Yəni korluq çəkmədiniz?
- Yox, sağ olsunlar, istəyən dostlar kömək elədi. Pulu oğurlayanlar isə tutulublar, ancaq pul geri qaytarılmayıb.
- Həmin iş üzrə məhkəmədə ifadə verdiniz?
- Çağıracaqlar, ancaq hələ dəvət olunmamışam. Mənim istəyim yalnız odur ki, mənə dəyən ziyan ödənilsin.
- Ümumiyyətlə dolanışığınız necədir?
- Hamı necə, biz də elə. Özümü heç kimdən nə artıq, nə əskik hesab eləyirəm. Bakıda böyümüşəm, əslimiz nəcabətimiz var. Mən özüm keçmiş idmançıyam, peşəkar güləşlə məşğul olmuşam. İki dəfə sərbəst və klassik güləş üzrə SSRİ idman ustalığı normativini ödəmişəm.
- Uşaqlıqda və cavanlıqda davakar olmamısız?
- Davakar olmuşam... (gülür) Ancaq son illər yaman kövrək olmuşam. Kim ki gəlib mənim yanımda ağlayıb, şikayətini deyir, bu mənə çox pis təsir edir, kövrəlirəm.
- Siz də ağlayırsınız?
- Yox, kişi ağlamaz. Ağlamıram, ancaq pis təsir edir.
- Uşaqlıq və cavanlığınızda davakar olduğunuzu dediniz. Həmin vaxtlarda da yaşıdlarınızdan bədən quruluşuna görə fərqlənmisiniz, canlı-cüssəli olmusunuz. Yaşıdlarınız Sizdən qorxurdular?
- Qorxurdular deyəndə ki, dostlarım həmişə mənim xətrimi çox istəyib. Mən “Sovetski”də böyümüşəm. Bir şeyi də biləsiniz ki, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan mənim ulu babalarımdadındır. Yəni, əsil-nəcabətimiz var. Ona görə də 2007-ci ildən Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Əsilzadələr Məclisinin üzvü seçilmişəm.
- Suala cavab vermədiniz...
- Hə, yaşıdlarım məndən çəkinirdi.
- Bundan istifadə edirdiniz?
- (yenə gülür) Adam uşaqlıqda və cavanlıqda çox şey edir. Cavanlıqdı da, olur. Mən məktəbə gedib-gəlmişəm, idmanla məşğul olmuşam, ancaq kim ki, sataşıb cavabını alıb.
- Sirr deyilsə, neçə kilosuz?
- Əvvəla deyim ki, mənim boyum 184 santimetrdir, çəkim isə təxminən 150 kilo olar.
- Bu çəkiniz Sizin normal fəaliyyət göstərməyinizə problem yaratmır?
- Yox, heç bir əziyyət vermir. Yeri gəlmişkən, baxmayaraq ki, mənim artıq 50 yaşım tamam olur, yəni həyatımın yarıdan çoxunu yaşamışam. Ancaq o yaşı hiss eləmirəm.
- İndi idmanla məşğul olursunuz?
- Hərbən bir, sadəcə vaxt olmur.
- Onda fəaliyyətinizlə bağlı danışaq. Cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına və digər bu kimi yerlərə baş çəkirsiniz. Rəislər Sizə “görüm-baxım” eləmək istəyir?
- Yox qardaş, mən belə şeydən uzaq adamam.
- Məşhur məhbuslarla da görüşürsünüz. Sadə, tanınmamış məhbuslarla onların fərqi nədə olur?
- Mənimçün məhbus elə məhbusdur.
- Fərhad Əliyev, Əli İnsanov, Hacı Məmmədov və başqalarıyla görüşmüsünüz. Onlarla bağlı yadınızda epizodlardan hansını danışa bilərsiniz?
- Yadımda nə qala bilər ki? Əslində onların özüylə görüşmək maraqlıdır. Bir şey var ki, bu adamlar vaxtilə iqtidar nümayəndəsi olub, dövlətdə yüksək vəzifə tutub, indi isə məhkum həyatı yaşayır. Məşhurlarla bağlı əsas onu deyə bilərəm ki, görürsən ondan səviyyəcə aşağı olan bir adamdır, ancaq indi komanda verir, deyir orda dayanma, bura get. Yəni, həmin şəxslər hansısa şeylərdən məhrumdurlar. Məşhurların çoxu tutulandan sonra MTN-də “Qurani-Kərim” oxuyurdular. Əli İnsanovu da, keçmiş maliyyə naziri Fikrət Yusifovu da “Quran” oxuyan görmüşəm. İdarə rəisləri də olub. Əli İnsanov əsa ilə gəzir.
- Vaxtilə Əli İnsanovla aranızda müəyyən problem də olub, ancaq sonradan Siz ona baş çəkmisiniz…
- Olub. Ancaq mən bunu heç vaxt onun üzünə vurmamışam. Mən humanistlik göstərmişəm, bir dəfə də deməmişəm ki, həmin Elçin Behbudovam. Ona görə deməmişəm ki, pərt olmasın.
- Hacı Məmmədovla axırıncı dəfə nə vaxt görüşmüsünüz?
- Elə bu yaxınlarda. Çünki bəzi söhbətlər gəzirdi ki, guya onun vəziyyəti ağırdır, cərrahiyyə əməliyyatına ehtiyac var. Görüşəndə məlum oldu ki, bunların hamısı şişirdilmiş məlumatdır. O, istintaq təcridxanasında saxlanılır. Səbəbi də odur ki, deyib “başqa yerə köçürsələr, məni öldürəcəklər”. Hacı Məmmədov Azərbaycanın bir nömrəli “qanqsteri” idi. Ancaq onu görsəniz alçaqboy, arıq bir adamdır.
- O, yenə şəkil çəkir?
- Hə, çəkir. Cürbəcür şəkillər çəkir, hərəsinə də bir sirr kimi parol qoyur.
- Onun üçün rəngi, kağızları, yəni şəkil çəkmək üçün lazım olan ləvazimatları kim verir?
- Hamısını evdən bacısı gətirir.
- 50 yaşınızın tamamında indiyədək mətbuata demədiyiniz hansı maraqlı faktı bizə açıqlaya bilərsiniz?
- Elçin Behbudov çox şey bilir, həddindən artıq çox şey. Çünki mən MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsində işləmişəm. Bu gün də MTN-in təqaüdçüsüyəm. Bilirəm, ancaq onları heç vaxt açıb-ağartmıram.
- Axı biz demirik ki, dövlətin maraqlarına toxunun. Sadəcə...
- Yox-yox, qardaş kimi səndən xahiş eləyirəm, üz vurma...
Pərvin ABBASOV

2166