“Biz kimik ki, dövlətin camaata verdiyi kompensasiyanı mənimsəyək?!”
BŞİH rəsmisi evləri sökülən mülkiyyətçilərə kompensasiyaların verilməsi məsələsinə aydınlıq gətirdi
“Bakı Şəhər İcra Hakimiyyətinin heç kimin pulunda və mülkündə gözü yoxdur. Füzuli küçəsində sökülən evlərin və ticarət obyektlərinin hər birinə dövlət tərəfindən kompensasiya ödəniləcək”.
Bakı Şəhər İcra Hakimiyyəti aparatının rəis müavini Zülfəli İsmayılov Lent.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, Füzuli küçəsində tikiləcək “Qış Bulvarı”na görə ərazidəki yaşayış evləri və mağazalar dövlət tərəfindən alqı-satqı edilir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə söküləcək evlərin hər kvadratmetrinə görə dövlət tərəfindən 1500 dollar kompensasiya verilir.
Xatırladaq ki, yerli sakinlər əvvəlcə onlara hər kvadratmetrə görə 4000 manat kompensasiya veriləcəyini, sonra isə bu məbləğin 1500 manatadək azaldıldığını deyirlər. Mülk sahibləri buna görə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrini günahlandırırlar. Sakinlər iddia edirlər ki, meriyanın nümayəndələri kompensasiyanın bir hissəsini mənimsəyir.
Zülfəli İsmayılov isə bu ittihamların yersiz söz-söhbət olduğunu deyib: “İcra hakimiyyəti kimdir ki, dövlətin camaata verdiyi vəsaiti mənimsəsin?! Dövlət mənzili sökülən hər kəsin mülkiyyət hüququnu tanıyır və onların hamısına hər kvadratmetrə görə 1500 dollar kompensasiya verir. Hamı bilir ki, mənzil bazarında alqı-satqı ediləm mülkə görə ödəniş dollarla aparılır. Amma biz sakinlərə kompensasiyanı manatla da verməyi təklif etmişik və kim istəsə hər kvadratmetrə görə 1250 manat alacaq. Hətta mağazaların da qiyməti yaşayış sahələri ilə bərabər qiymətləndirilir”.
Aparat rəhbərinin müavini onu da qeyd edib ki, vəsaitlər sakinlərin birbaşa özlərinə deyil, onların bank hesablarına ödəniləcək. Dövlətin müəyyən etdiyi kompensasiyanın məbləğini ədalətli qiymət hesab edən Zülfəli İsmayılov vəsaitlərin mülkiyyət sənədlərindəki rəsmi qeydə alınan kvadratmetr əsasında hesablandığını deyib: “Elə ailələr var ki, onların sənədlərində evin sahəsi 45 kvadratmetrdir. Amma sonradan yaşayış sahəsi genişləndirilərək 60 kvadratmetrə çatdırılıb. Belə halda biz yalnız 45 kvadratmetrin pulunu ödəyəcəyik”.
Zülfəli İsmayılov deyib ki, söküntü işləri Heydər Əliyev adına sarayın arxasından Füzuli küçəsi boyunca, “Beşmərtəbə”yədək davam edəcək. Söküntü işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur. Bundan sonra isə söküntü briqadası ərazini “Qış Bulvarı”nı tikəcək şirkətə təhvil verəcək.
Elxan SALAHOV

1236