Hansı evlər qanunsuz sayılır? - ARAYIŞ
19 fevral 2010 17:30 (UTC +04:00)

Hansı evlər qanunsuz sayılır? - ARAYIŞ

Bakıda və ətraf ərazilərdə qanunsuz tikililərlə bağlı problemlər bitib-tükənmir. Az qala hər gün paytaxtın hansısa ərazində qanunsuz evlərin söküldüyü barədə məlumatlar gəlir. Heç bir rəsmi icazə almadan, əslində isə yerli məmurların “bığının altından keçən” zərərçəkənlər isə çıxış yolunu müvafiq qurumların qarşısında etiraz aksiyalarının keçirməkdə görür. Rəsmi qurumların qanunsuz hesab etdikləri evlərinin sökülməməsi üçün hətta Avropa Məhkəməsinədək gedib çıxanlar da var.

Lent.az hansı tikililər rəsmən qanunsuz hesab olunduğuna dair kiçik araşdırma aparıb. Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarlarını, Mülki Məsələn, Tikintiyə Nəzarət Qaydaları və digər qanunverici aktları nəzərdən saf-çürük etmişik. Məlum olub ki, hansısa tikinti işlərini aparmaq üçün ilk növbədə torpağın mülkiyyət sənədi və tikintiyə razılıq barədə icra hakimiyyəti orqandan sərəncam almalıdır.

Tikinti və şəhərsalma qaydalarına əsasən, hər bir yaşayış sahəsinin tikintisi üçün ayrılmış əraziyə təkcə tikili deyil, onun həyətyanı sahəsi də daxildir və bu ərazi digərlərindən “qırmızı xətt”lə ayrılır. Həmin qaydalara görə, “qırmızı xətt”ə düşən bütün tikililər qanunsuz hesab olunur.

Beləliklə:

- Yüksək gərginlikli elektrik xətlərinin;
- Yüksək təzyiqli qaz xətlərinin;
- Neft mədənləri və onların mühafizə zolaqlarında.
- Milli Park və Dövlət Qoruqlarının ərazisində;
- Respublika əhəmiyyətli avtomobil yollarının 35 metrliyində;
- Şəhər əhəmiyyətli avtomobil yollarının 50-120 metrliyində;
- Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində yerləşən evlər qanunsuz hesab olunur.

Nazirlər Kabinetinin 10 iyun 2004-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” mühafizə zonasının sərhədlərini müəyyən edir. Bu qərara əsasən, mühafizə zonası dedikdə elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr nəzərdə tutulur. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.

Bu qaydaların 5-ci bəndinə əsasən:

- binalar və tikililər 20 kilovoltluq hava elektrik xətlərindən 10 metr;
- 35 kilovoltluq xətlərdən 15 metr;
- 110 kilovoltluq xətlərdən 20;
- 150-220 kilovoltluq xətlərdən 25;
- 330-500 kilovoltluq xətlərdən 30 metr aralıda yerləşməlidir.

Bundan başqa, yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 metr aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahələri mühafizə zolağı sayılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1985

Oxşar yazılar