Azərbaycanda məscidlərdən birinə xəbərdarlıq edilib
19 fevral 2010 15:00 (UTC +04:00)

Azərbaycanda məscidlərdən birinə xəbərdarlıq edilib

Bu barədə APA-ya Bakı şəhərində yerləşən “Məşədi Dadaş Məscidi”nin imam camaatı Hacı Şahin Həsənli bildirib.

Məscidin imamı deyib ki, onun rəhbərlik etdiyi ibadət ocağına bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən zəng edilərək, bayırda namaz qılınmaması haqda xəbərdarlıq edilib: “Bizə xəbərdarlığı şifahi şəkildə etdikləri üçün buna əməl etmədik, əgər belə bir qanun varsa, yazılı şəkildə təqdim edilməsini istədik” .

Hacı Şahin Həsənli deyib ki, Bakının “Kubinka” adlanan ərazisində yerləşən məsciddə cümə namazlarında təxminən 2000-2500 nəfər iştirak edir: “Bu şiə məscididir və buraya başqa məqsədlə ibadət etməyə gələn olmur”.

Onun sözlərinə görə, təkrar dövlət qeydiyyatına alınmaq üçün məscidin sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov APA-ya açıqlamasında həqiqətən də sözügedən ibadət ocağında ibadətin yalnız məscidin içində qılınması ilə bağlı tövsiyə verildiyini deyib. Onun sözlərinə görə, bu tövsiyə yalnız “Məşədi Dadaş Məscidi”nə aiddir: “Bunun səbəbi son vaxtlar müəyyən təxribat hallarının baş verəcəyi ilə bağlı daxil olan məlumatlardır. Ümumiyyətlə, Hacı Şahin Həsənliyə gəlincə, bu şəxs nə “Məşədi Dadaş Məscidi” dini icmasının sədri, nə üzvü, nə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunan Axundudur. Həmin şəxsin məscidə rəsmən heç bir aidiyyəti yoxdur”.

G. İsmayılov onu da bildirib ki, həmin məsciddə müəyyən vaxtlarda İslama yaraşmayan fikirlərə yol verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1352

Oxşar yazılar