Gəncədə qanunsuz tikilən evlərin bir qismi sökülüb
“Əgər 1992-ci ildən 2003-cü ilə kimi əhali şəhəri tərk edirdisə, indi vəziyyət əksinədir”
Gəncədə qanunsuz tikilən evlərin bir qismi artıq sökülüb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib. Onun sözlərinə görə, sökülən evlərin içərisində bir hissəsi yüksək gərginlikli elektrik xətlərinin altında tikilibmiş. “Ümumiyyətlə, evlərin tikilməsi əhalinin şəhərdə yaşamaq istəyinin artdığını göstərir. Əgər 1992-ci ildən 2003-cü ilə kimi əhali şəhəri tərk edirdisə, indi vəziyyət əksinədir. Hətta ətraf ərazilərdən də şəhərin kənarlarında evlər tikilir”.
Vüsalə Cənnətova

548