FHN 2 ədəd vertolyot alıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) iki ədəd “Ka-32” tipli vertolyot alıb.
APA-nın bildirdiyinə görə, bu barədə fevralın 17-də FHN-də keçirilən kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.
K.Heydərov deyib ki, hər iki vertolyotun Azərbaycana bu il ərzində gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiyanın «Kamov» şirkətinin istehsal etdiyi “Ka-32” vertolyotunun maksimal uçuş hündürlüyü 6000 metrdir. Vertolyotun boş çəkisi 6 ton təşkil edir və hər biri 2400 at gücünə malik 2 ədəd TV3-117VMA mühərriki ilə təchiz olunur. Maksimal sürəti 260 km/saat təşkil edən Ka-32-ni 2 heyət idarə edir. Vertolyot 13 sərnişin və ya 5 kq yük daşıma qabiliyyətinə malikdir.
NATO-da kod adı «Helix» olan bu vertolyotlar hazırda Rusiya, İspaniya (yanğınsöndürmədə istifadə olunan Ka-32A11VS modeli), Kanada, Cənubi Koreya, Portuqaliya (Ka-32A11VS), Türkiyə, İsveçrə, Cənubi Afrika Respublikası və Yaponiyada istifadə olunur.

540