Gənclər üçün Təhsil Mərkəzinin 38 üzvü tələbə oldu
27 avqust 2010 13:29 (UTC +04:00)

Gənclər üçün Təhsil Mərkəzinin 38 üzvü tələbə oldu

Görüşü giriş sözü ilə açan Mərkəzin direktor müavini Elnur Axundov orta məktəbi yeni başa vurmuş və bu il tələbə adını qazanmış üzvləri təbrik edib. Bildirib ki, tələbə adını qazanmaq yalnız bu gənclərin deyil, həm də Gənclər üçün Təhsil Mərkəzinin uğurudur. Çünki onların təhsilə marağının artırılmasında, yüksək bilik və təcrübə toplamasında Mərkəzin xüsusi xidmətləri olub.

Tələbə adını qazanmış gənclər də çıxış edərək Mərkəzin həm şagirdlərin, həm də tələbələrin ictimai və təhsil həyatında ciddi rol oynadığını vurğulayıb, gəncləri düzgün yola istiqamətləndirdiyini qeyd ediblər. Onlar Mərkəzin şagirdlər, eləcə də tələbələr arasında keyfiyyətli təhsil almaq, yüksək elmi biliklərə yiyələnmək və dövlətin maraqlarını qoruyan fəal vətəndaşa çevrilmək ideyalarını yüksək qiymətləndiriblər.

Daha sonra tələbə adını qazanmış gənclərə Mərkəz rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722

Oxşar yazılar