Ziya Məmmədov narazıdır
17 fevral 2010 15:15 (UTC +04:00)

Ziya Məmmədov narazıdır

Nəqliyyat naziri paytaxtın nəqliyyat probleminin həll edilməməsindən narazılığını ifadə edib

2009-cu ildə Nəqliyyat Nazirliyinin strukturuna daxil olan qurumların fəaliyyətində müəyyən irəliləyişlər olsa da, bəzi sahələrdə kifayət qədər qüsurlar hələ qalmaqdadır. Xüsusən Bakıda sərnişindaşımada bəzi problemlərin hələ də həll edilməməsi təəssüf doğurur.


Lent.az-ın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov dünən nazirlikdə keçirilən kollegiya iclasındakı çıxışında belə deyib. Nazir paytaxtda sərnişindaşımanın səviyyəsindən narazılığını ifadə edərək deyib ki, son illər bu sahədə həyata keçirilən çeşidli və çoxsaylı tədbirlər gözlənilən nəticəni verməyib. Ziya Məmmədov şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.


Nazirlikdə bildirirlər ki, kollegiya iclasında nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib. iclasda nəqliyyat nazirinin müavini Musa Pənahov 2009-cu ilin yekunları və 2010-cu ilin perspektiv planları ilə bağlı ətraflı məlumat verib. Tədbirdə həmçinin Azərbaycan Dövlət Dəmir Yolunun, “Azəryolservis” ASS-nin, “Avtonəqliyyatservis” Departamentinin hesabatları dinlənilib.


İclasa yekun vuran Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2009-cu ilin yekunlarını qənaətbəxş sayıb. Sonda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar