700 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli bina tikiləcək
Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncama əsasən, qaçqınlar və məcburi köçkünləri yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınıb, 100 min nəfərə qədər soydaşımız yeni evlərə köçürülüb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, lazımi infrastruktur yaradılıb.
Dövlət Proqramına uyğun olaraq, 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binaların tikilməsi qərara alınıb.
Sərəncamla məcburi köçkün ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün 2010-cu il Dövlət Büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Azərbaycanın Maliyyə Nazirliyinə bu sərəncamın birinci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirməsi, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

610