FHN 12 ədəd bomba zərərsizləşdirmə sistemi alıb
Ötən il Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yeni texnikalar alınıb.
APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. K.Heydərovun sözlərinə görə, 2009-cu ildə FHN-in qurumlarının xüsusi texnikaya tələbatını ödəmək məqsədilə şəxsi heyətin daşınması üçün 50 ədəd MAK markalı avtonəqliyyat vasitəsi və 20 ədəd özüboşaldan maşın, 10 skuter, 10 kvadrosikl, 6 ekskavator, 5 təcili tibbi yardım avtomobili, 1 avtokar, 12 ədəd bomba zərərsizləşdirmə sistemi, 50 ədəd ballastik jiletlər və eynəklər və s. alınıb.
Nazir deyib ki, ötən il əsaslı vəsait qoyuluşu hesabına FHN-in Gəncə, Şimal və Qarabağ regional mərkəzlərinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan, Biləsuvar, Cəlilabad, Astara, Qəbələ, Qobustan, Ağsu rayonları üzrə, Naxçıvan Muxtar Respublikasının Kəngərli, Ordubad, Şahbuz rayonları üzrə yanğından mühafizə hissələrinin, Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının inzibati binaları və Mülki Müdafiə Qoşunlarının Biləcəri alayında idman zalı, avtopark, camaşırxana, qərargah binası, nəzarət-buraxılış məntəqəsi istifadəyə verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şossesində yerləşən yataqxanasının təmiri başa çatdırılıb. Hazırda Xidmətin inzibati binasında, Yevlax Regional Mərkəzinin inzibati binasında və Xüsusi Riskli Xilasetmə Xidmətinin Binəqədi rayonunda yerləşən bazasında son tamamlama işləri aparılır. Bununla yanaşı, Mülki Müdafiə Qoşunlarının Gəncə briqadasında, Lənkəran, Qəbələ, Səngəçal və Türkan alaylarında birinci mərhələnin tikinti-quraşdırma işləri tamamlanıb. Nazirliyin Akademiyası üçün 5 yataqxana korpusu tikilib istifadəyə verilib.

493