“Kurtlar vadisi” azərbaycanlıların telekanalını məhkəməyə verdi
17 fevral 2010 11:45 (UTC +04:00)

“Kurtlar vadisi” azərbaycanlıların telekanalını məhkəməyə verdi

“Kurtlar vadisi”ni teleserialının istehsalçısı Moskvada yayımlanan Azərbaycan dilli telekanalı məhkəməyə verib. Lent.az-ın “SalamNEWS”ə istinadən verdiyi məlumata görə, “İnter-az” telekanalı məşhur türk serialını icazəsiz yayımladığına görə məhkəməyə düşüb.


“İnter-az”ı serialın istehsalçısı olan “Panafilm” məhkəməyə verib. Telekanal müəllif hüquqlarını pozmaqda ittiham olunur.


“Türksat” peyki vasitəsi ilə yayımlanan “İnter-az” kanalının yayımı dayandırılıb. Kanal isə öz növbəsində teleserialın yayımın dayandırıb. Lakin buna baxmayaraq “Panafilm” şikayətin geri götürməyib. Hal-hazırda “Panafilm”lə kanal rəhbərliyi arasında vasitəçilərin köməyi ilə danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar