“Şəhidlər Xiyabanına təşkil edilən yürüş qarşıdurma yaratmağa cəhddir”
15 fevral 2010 14:00 (UTC +04:00)

“Şəhidlər Xiyabanına təşkil edilən yürüş qarşıdurma yaratmağa cəhddir”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fevralın 13-də Bakıda dindarlarla polis əməkdaşları arasında baş verən qarşıdurma ilə bağlı bəyanat yayıb.


Dini komitədən APA-ya daxil olan bəyanatda bildirilir ki, qeyd olunan tarixdə Həzrət Məhəmmədin (s) vəfatı ilə əlaqədar Bakı şəhərinin Füzuli meydanından Şəhidlər xiyabanına yürüş təşkil edilməsi dinlə əlaqəsi olmayan bir qrup şəxsin məqsədli şəkildə planlaşdırdığı və cəmiyyətdə qarşıdurma yaratmağa, tolerantlıq mühitini pozmağa xidmət edən uğursuz cəhddir:


“Müəyyən dairələrin təsirinə düşən kiçik bir qrupun din pərdəsi altında asayişi pozması, ictimai fikri çaşdıraraq zərərli təbliğat aparması qanuna zidd hərəkətdir. Buna görə də həmin qanunsuz aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınıb. Azərbaycanda vətəndaşların əqidə seçiminə hörmətlə yanaşılır, lakin dini ekstremizmin, dini dözümsüzlük ideyalarının təbliği qəbuledilməzdir. Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq cəhdlərinə, xalqımızın yüzillər boyu formalaşmış tolerantlıq ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol verilə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar