Təhsil Nazirliyində yeni qurum fəaliyyətə başlayır
Akkreditasiya şöbəsi təhsil müəssisələrinin lisenziyalaşdırılmasına və onların fəaliyyətinə nəzarət edəcək
Bu gündən Təhsil Nazirliyinin tərkibində yeni yaradılan akkreditasiya şöbəsi fəaliyyətə başlayır. Yeni şöbə ölkədə təhsilin keyfiyyətinə bilavasitə cavabdeh olacaq. Azərbaycanda təhsilin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, təhsil müəssisələrinin lisenziyalaşdırılmasına və onların fəaliyyətinə nəzarət də bu quruma həvalə olunub. Akkreditasiya şöbəsi həmçinin fəaliyyətdə olan ali və orta ixtisas təhsili müəssisələrinin akkreditə olunmasını təmin edəcək.
Nazirlikdə bildirirlər ki, yeni şöbənin fəaliyyət istiqamətlərindən biri də müəllimlərin diplomlarının qiymətləndirilməsini təmin etməkdir. Belə ki, akkreditasiya şöbəsi ali və orta məktəb müəllimlərinin ixtisasartırma, təkmilləşdirmə proqramlarında da iştirak edəcək.
Elxan SALAHOV

1195