“İmamzadə”də dəfn qadağası aradan qaldırıldı
Gəncədə 4 qəbiristanlıq var
Gəncənin “İmamzadə” adı ilə tanınan 3 saylı qəbiristanlığında dəfnə qoyulan qadağa aradan qaldırılıb. Burada qadağa 7 ay öncə qoyulmuşdu. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Əhaliyə Xidmət şöbəsinin rəisi Ələddin Hüseynov bildirib.
Onun sözlərinə görə, Samux rayon İcra Hakimiyyətindən qəbiristanlıq üçün 2 hektar ərazi ayrılıb. Bununla da qəbiristanlığın ərazisi 64,7 hektara çatıb. Ayrılan torpaq sahəsi təxminən bir neçə il dəfnə imkan verəcək.
Qeyd edək ki, Gəncədə ümumilikdə 4 qəbiristanlıq var. Onlardan birində xristian və yəhudilər, 3-də isə müsəlmanlar dəfn edilir.
Vüsalə Cənnətova

400