Gəncə polisi Böyük Vətən müharibəsinin veteranları ilə görüşüb
12 fevral 2010 13:00 (UTC +04:00)

Gəncə polisi Böyük Vətən müharibəsinin veteranları ilə görüşüb

Tədbirdə polis olmuş müharibə veteranları mükafatlandırılıb

Alman faşizmi üzərində qələbənin 65-ci il dönümü ilə bağlı Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müharibə veteranları ilə görüşlərin təşkili üçün 26 avqust 2009-cu il tarixli göstərişi əsasında bu gün Gəncə şəhər Polis İdarəsində hüquq mühafizə orqanı işçiləri olmuş Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib.

Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən İdarənin rəisi Rasmi Musayev Böyük Vətən Müharibəsi, bu müharibədə qələbənin əldə edilməsində azərbaycanlıların rolundan ətraflı danışıb. Bildirib ki, müharibədə Azərbaycan polisi də böyük şücaət və qəhrəmanlıq göstərib. Müharibədə 3 nəfər polis işçisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Tədbirin davamında müharibə iştirakçısı Mehdi Mehdiyev müharibə ilə bağlı acı xatirələrindən danışıb. Müharibədən sonra, ölkəmizin müxtəlif ərazilərində, o cümlədən Gəncədə polis orqanlarındakı fəaliyyətindən bəhs edib.

Sonda veteranlara Gəncə şəhər Polis İdarəsinin kollektivi adından xatirə hədiyyəsi təqdim edilib.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar