Cənub rayonlarında 43 dini icma qeydiyyatdan keçib
“Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə müvafiq olaraq, Azərbaycanın cənub bölgəsində indiyədək 43 dini icma qeydiyyatdan keçib.
Bu barədə Lent.az-ın bölgə müxbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib: “Ümumiyyətlə, cənub rayonlarında (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı) fəaliyyət göstərən 150 dini icma qeydiyyatdan keçmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Qeydiyyatdan keçmiş icmalara şəhadətnamələr verilib və onlar rəsmi olaraq fəaliyyət göstərirlər”.
M.Bədirov dini icmaların qeydiyyatının davam etdirildiyini bildirib. Onun sözlərinə görə, fəaliyyət göstərən, lakin komitəyə müraciət etməyən icmalar haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.
“Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə qədər bölgə üzrə 75 dini icma qeydiyyatdan keçmişdi.
Pərvanə Əli

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54