Qərb bölgəsindən Bakıya gələn qatarlara əlavə vaqonlar qoşulub
08 fevral 2010 18:15 (UTC +04:00)

Qərb bölgəsindən Bakıya gələn qatarlara əlavə vaqonlar qoşulub

Səbəb dəmiryol nəqliyyatına üstünlük verən sərnişinlərin sayının çoxalmasıdır

Qərb bölgəsindən Bakıya hərəkət edən qatarlara əlavə vaqonlar qoşulub. Buna səbəb hava şəraitindən asılı olaraq təhlükəsizliyinə görə, dəmiryol nəqliyyatına üstünlük verən sərnişinlərin sayının çoxalmasıdır. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə Dəmiryol Vağzalından məlumat verilib.

Məlumata görə, Ağstafa-Bakı, Böyükkəsik-Qazax-Bakı kimi qatarların hər birinə 3 vaqon qoşulub. Artıq qatarların hərəkətində və biletlə təminatda heç bir problem yoxdur.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar