Məktəblərdə dərslər bərpa olunub, amma...
...Ucqar dağ kəndlərində bəzi təhsil müəssisələri işləmir, Bakı məktəblərində isə davamiyyət aşağıdır
Qarlı hava şəraiti səbəbindən ötən həftənin sonunda bir günlük tətilə çıxan məktəblərdə bu gün dərslər bərpa olunub. Artıq ölkənin bütün şəhər və rayonlarında yerləşən təhsil müəssisələri adi rejimdə işləyir.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, respublikanın təhsil müəssisələrində dərslər bir günlük dayandırılmışdı. Ancaq indi hava şəraiti qismən də olsa, mülayimləşib. Bu səbəbdən də rayon təhsil şöbələrinə məktəblərin adi qaydada işləməsini təmin etmək tapşırığı verilib.
Bununla belə nazirlikdə bildirirlər ki, dağlıq ərazilərə qar çox yaxdığından ucqar kəndlərdə məktəblərin normal fəaliyyət göstərməsi mümkün deyil. Bunun əsas səbəbi isə yolların buz bağlaması səbəbindən şagirdlərin məktəbə gələ bilməməsidir.
Paytaxt Bakıda isə bütün təhsil müəssisələri fəaliyyətini bərpa edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, hazırda məktəblərdə tədrisin dayandırılması üçün heç bir əsas yoxdur.
Bununla belə, bəzi məktəblərdə dərsə davamiyyət adi günlərdəkinə nisbətən xeyli aşağıdır. Zəminə Əliqızı bunu təbii sayır: “Mən bu gün bir neçə məktəblə əlaqə saxlamışam. Direktorlar deyirlər ki, hava şəraiti ilə əlaqədar dərsə davamiyyət aşağıdır. Bu təbiidir, çünki hələ bəzi ərazilərdə yollarda hərəkət təhlükəlidir. Ona görə də valideynlər uşaqlarını məktəbə buraxmaq istəmirlər”.
Təhsil İdarəsinin rəsmisi onu da bildirib ki, hava şəraiti yenidən pisləşməsə, Bakıdakı bütün təhsil müəssisələri qısa müddət ərzində normal qaydada fəaliyyətini bərpa edəcək.
Elxan SALAHOV

449