Gəncə-Bakı marşrutu üzrə avtobusların hərəkəti bərpa olunub
Yağan qar qərb bölgəsindən paytaxta avtobusların hərəkətini məhdudlaşdırmışdı
Qarlı hava səbəbindən Gəncədən paytaxt Bakıya, eləcədə respublikamızın digər şəhər və rayonlarına avtobusların hərəkəti məhdudlaşmışdı. 2 gün idi ki, “Gəncə” Avtovağzal ASC-dən hərəkət edən avtobuslar yolların buz bağlaması səbəbindən geri qayıda bilmirdi. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Avtovağzalın nəzarətçisi Hümbət Quliyevin məlumat verib. Onun sözlərinə görə, əgər adi günlərdə Bakı şəhərinə sutkada 18 maşın çıxırsa fevralın 5, 6 və 7-i cəmi 8 maşın çıxıb.
Digər şəhər və rayonlara gəlincə, yalnız 6 rayona sərnişin daşınıb ki, gedən avtobusların sayı da adi günlərdən fərqli olub. İndi yollar açıldığından bu problem aradan qalxıb.
Vüsalə Cənnətova

691