Lənkəranda səhiyyə sahəsində struktur dəyişikliklərinə başlanıb
04 fevral 2010 13:30 (UTC +04:00)

Lənkəranda səhiyyə sahəsində struktur dəyişikliklərinə başlanıb

0
Səhiyyə Nazirliyinin 129 saylı əmrinə müvafiq olaraq Lənkəranda səhiyyə sahəsində struktur dəyişiklikləri aparılır. Bu barədə Lent.az-ın bölgə müxbirinə Lənkəran rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov məlumat verib.

Onun bildirdiyinə görə, ölkədə səhiyyə sahəsində aparılan islahatlara və əmrə müvafiq olaraq, 1 fevral 2010-cu il tarixdən Lənkəranda səhiyyə sahəsində bir sıra dəyişikliklər aparılıb: “1 fevral tarixinədək rayondakı xəstəxanaların (11) və dispanserlərin (5) ümumi sayı 16 idi. Dispanserlər də artıq xəstəxana kimi fəaliyyət göstərəcək. Bundan sonra rayonda 9 xəstəxana olacaq. Mövcud olan 23, yeni yaradılan 3 həkim ambulatoriyası və 5 digər xəstəxanalar da daxil olmaqla, bu müəssisələr 31 həkim məntəqəsi kimi fəaliyyət göstərəcək. 34 feldşer-mama məntəqəsi isə tibb məntəqəsi statusu daşıyacaq”.

Ümumilikdə əvvəllər 1320 çarpayılıq olan xəstəxanalar bu günün tələblərinə uyğunlaşdırılaraq, 525 yerlik olub. Bunların da 350 çarpayılığı RMX-nın (əvvəllər 620 çarpayılıq) payına düşür.

Ə.Məmmədov hazırda Lənkəranda tibb sahəsində çalışanların sayının 2000-ə yaxın, onlardan 350-nin həkim, 929-un tibb bacısı, qalanlarının isə texniki işçilər olduğunu diqqətə çatdırıb. O, “Səhiyyə işçilərindən hələlik heç kəsin ixtisarı nəzərdə tutulmayıb” - deyə, əlavə edib

Pərvanə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar