150 texnika Bakıda yolları təmizləyir
05 fevral 2010 19:30 (UTC +04:00)

150 texnika Bakıda yolları təmizləyir

Körpülərin üzəri və enişli yollar qardan təmizləndikdən sonra asfaltın üzərinə qum səpilir

Bakı şəhərində küçə və prospektlərin qardan təmizləmək üçün 250-dən çox texnika cəlb olunub. Bu gün səhər tezdən paytaxtın əsas küçə və prospektlərinin qardan təmizləməsinə başlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, təmizləmə işləri zamanı körpülər və enişli-yoxuşlu yollara daha çox fikir verilir. Belə ki, körpülərin üzərində və enişli yollara həm də qum səpilir.

Paytaxt yollarının qardan təmizlənməsinə icra hakimiyyətinin başçısı və müavinlər səviyyəsində ciddi nəzarət edilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar