Lənkəranda qar davam edir
Azərbaycanın cənub bölgəsində səhər saatlarından yağmağa başlayan qarın Lənkəranda qalınlığı artıq 8-9 sm təşkil edir. Aramsız yağan güclü qar rayonda nəqliyyatın idarə edilməsində problemlər yaradıb. Bunun qarşının alınması üçün Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi gücləndirilmiş iş rejimində çalışır. Bu barədə Dövlət Yol Polis bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Şəmsəddin Abdullayev məlumat verib. Onun bildirdiyinə görə, rayonun mərkəzindəki əsas yollarda yolun sürüşkən və qarlı olmasından bəzi avtomobillər yüngül qəza törədiblər. O həmçinin qeyd edib ki, rayonun əsas küçə və yollarında qarın təmizlənməsinə başlanılıb.
Rayon icra strukturlarından verilən məlumata görə, elektrik, qaz təsərrüfatlarında və digər kommunal sahələrdə hələlik heç bir problem yaranmayıb.
Lənkəran rayon Fövqəladə Hallar Komissiyası havaların kəskin dəyişməsi ilə əlaqədar yerli televiziya vasitəsilə zəruri ehtiyac olmadan nəqliyyat vasitələrindən istifadə etməməyi vətəndaşların diqqətinə çatdırıb.
Qeyd edək ki, bu dəqiqələrdə də rayonda qarlı hava hökm sürür.
Pərvanə

613