Səhiyyə nazirləri Bakıya toplaşır
Məqsəd bu sahədə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etməkdir
Fevralın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin birinci iclası keçiriləcək. Konfrans iki gün davam edəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə təşkilata üzv ölkələrdə səhiyyə sahəsindəki problemlər, bu problemlərin həlli məqsədilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Konfrans tibbi sistemin müxtəlif sahələrinə dair plenar iclaslarda da davam etdirəcək. Tədbirin yekununda səhiyyə sahəsində birgə əməkdaşlığa dair yekun bəyannamənin imzalanacağı gözlənilir.
Elxan SALAHOV

433