Gövhər Həsənzadə “qələbə” klubu açıb
02 fevral 2010 16:00 (UTC +04:00)

Gövhər Həsənzadə “qələbə” klubu açıb

Gövhər Həsənzadə bu dəfə fanatlar klubu açmaq niyyətinə düşüb. Hazırda yeni açılacaq fan-klubun hazırlıq işləri tamamlanmaq üzrədir. Bu barədə Lent.az-a məlumatı bəstəkarın mətbuat katibi Ceyran Nəriman açıqlayıb. Bu həftədən etibarən “Nika” adlanan fan klub fanatların, şou əhlinin, mediya mənsublarının ixtiyarına verilcək.
“Nika” fan klubunda bir çox təqdimat marasimlərinin keçirilməsi nəzərdə tutulur: “Fan klubunda təkcə Gövhər Həsənzadəninin fanatları deyil,istənilən hər hansı şou əhlinin fanatları da toplaşıb,öz kumirlərı ilə görüşlər keçırə bilər. Bu klubda həmçının Gövhər Həsnzadənin əcnəbi qonaqları ilə görüşlərın təşkilı də planlaşdırılır”.
Fan- klubun “Nika” adlandırılması da təsadüfü deyil.Yunan mifologiyasına görə Nika-qələbə(Viktoriya) deməkdir.
Gövhər Həsənzadə maraqlı layihələrı ilə fərqləndiyinə,ona tapşırılan hər işin öhdəsindən uğur ilə gəldiyinə görə məhz bu adı seçib. Hər bir uğurlu işin nəticəsi qələbə sayıldığindan -bu ad Fan klub üçün layiqli bir addir. Nika həmçinin Gövhər Həsənzadənin qızı Nilgünün qısadılmış adı ilə bağlıdır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar