Gənclər üçün Seula pulsuz səfər imkanı
Avropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı Seul şəhərində gənclər üçün təlim kursu keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, noyabrın 9-dan 15-dək davam edəcək təlim kursları plenar iclaslar, işçi qrupları, debat və təlim sessiyalarından ibarət olacaq.
Kurslarda Asiya və Avropa ölkələrindən olan 30 gənc iştirak edəcək. Müzakirə ediləcək əsas mövzular sosial mühit və insan hüquqları arasında əlaqə, qeyri-formal təhsilin sosial mühitə və insan hüquqlarına təsiri, gənclər işi və gənclər təşkilatlarının fəaliyyəti, ictimai və özəl sektorun rolu və sosial mühit sahələrini əhatə edəcək.
Nazirlikdə bildirirlər ki, təlimlərdə iştirak etmək üçün meyarlar müəyyənləşib. Belə ki, bu kurslarda yaşı 18-30 arasında olan gənclər, gənclər təşkilatlarının fəal üzvləri iştirak edə bilər. Təlimdə gənclər təlim kursu tam başa çatanadək (oktyabrdan dekabradək kimi təlim kursu üzrə onlayn iş daxil olmaq şərtilə) iştirak etməlidir.
Qaydalara əsasən, kurslarda iştirak edənlərin yaşayış və yemək xərclərini təşkilatçılar ödəyəcək. Yol xərcləri Asiya Avropa Fondu və Avropa Şurası tərəfindən qarşılanacaq. Avropadan olan gənclər üçün maksimum 750 avro, Asiyadan olan gənclər üçün 500 avro nəzərdə tutulub.
Elxan SALAHOV

660